Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

LƏHLƏMƏK

f Bərk qaçmaq, yerimək, yoxuş çıxmaq və s. nəticəsində, yaxud hərarətin təsirindən tez-tez və ağır nəfəs almaq, tövşümək (adətən heyvanlar haqqında). Atlar ləhləyir. Quzu istidən ləhləyir. - Ləhləyirlər, tərləyirlər, əl-üzləri qızarmış; Birparası çox üşüyür, əl-üzləri bozarmış. A.Səhhət. [Xəlfə:] [Dursun] yazıq-yazıq [çəməndə] uzanıbdır, tazı kimi ləhləyir. C.Cabbarlı. Mal-qara özünü kölgəliyə verib gövşəyir,.. itlər dilini bir qarış çıxararaq ləhləyirdi. M.İbrahimov.
ləhləyə-ləhləyə zərf Ləhləyərək, tez-tez, ağır nəfəs ala-ala; tövşüyə-tövşüyə. Əhməd evdən ildırım kimi həyətə qaçıb sevinə-sevinə və ləhləyə-ləhləyə gəldi anasının yanına. C.Məmmədquluzadə. Sanki Müqim bəy Cavanşir də ağzını açır, ləhləyə-ləhləyə güclə nəfəs alırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

swf
swf
Bağla
.....