Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LƏHCƏ
is. [ər.] 1. dilç. Ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupu; dialekt.
2. köhn. Dil mənasında. Məcnunu deyərlər əhli-idrak; Əşarı lətifü ləhcəsi pak. Füzuli. Qaş qara, göz piyalə, dişləri dür, püstə dəhan; Şux yanaq, ləl dodaq, ləhcəsi də canlar alan. Q.Zakir. Nədən bu torpağın şirin ləhcəsi; - Şairəm, - deyənə biganə qalsın? S.Vurğun. // Danışma tərzi, tələffüz. Ləhcəsi ahəstə, üzü xoş gülən; Nüktəşünas, əhli-kamal, dərd bilən. Aşıq Qurbani. [Qızların] şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar.. gözləri vardır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla