Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LƏÇƏK
is. 1. Ağdan, çitdən, ipəkdən və s.-dən üçkünc qadın baş örtüyü. Nəhayət [Gövhər] .. ləçəyini açıb qulaqlarının və qaşının üstündən çəkdi. Ə.Əbülhəsən.
2. bot. Çiçək tacında olan yarpaq, gül yarpağı. Dağgülünün çiçəkləri; Nanələrin ləçəkləri; Parıltılı şehlə dolu. M.Dilbazi. Şairin gözündən iki damla yaş; Düşür çiçəklərin ləçəklərinə. B.Vahabzadə. □ ...arvad (övrət) ləçəyi olsun - “bu işi görməsəm və ya görə bilməsəm kişi deyiləm” mənasında. [Rüstəm bəy:] ..Hərgah onu atası yoluna göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun! N.Vəzirov. [İbad:] Əyər biləm o bura gəlibdir, onun böyük tikəsini qulağına döndərməsəm, bu, papaq olmasın, lap arvad ləçəyi olsun! C.Cabbarlı.
□ (Başına) ləçək örtmək - öz namusuna, şərəfinə, mənliyinə toxunacaq hərəkət etmək, qorxaqlıq göstərmək. Qoç Koroğlu ləçək örtməz başına; Düşmən qabağında gülmək gərəkdir. “Koroğlu” .
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....