Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LƏBBEYK
[ər.] Əslində “nə əmriniz var?” , “əmrinizə müntəzirəm” , “buyurun!” demək olub, adətən “demək” feli ilə işlənir. Indi mən tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən axşama tək ləbbeyk deyib, susuzluqdan od tutub yana. C.Məmmədquluzadə. [Qürbət xala:] Necə haradan, səhərdən axşamacan burda ləbbeyk deyirəm, necə ola ki, bilməyəm. Mir Cəlal. [Zeynal və Veysin] dostluqları, təbiətlərinin uyğun olması, sadəcə bir-birinə ləbbeyk demələrindən ibarət deyildi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....