Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LAYİQ
sif. [ər.] 1. Münasib, yaraşan. Bu paltar sənə layiq deyil. - Igidlikiddiasın edənə layiq deyilyalan. M.P.Vaqif. Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani. [Məşədi İbad:] Zarafat deyildir, bir ətəkpul verirəm,.. mənim istədiyim odur ki, özümə layiq arvad olsun. Ü.Hacıbəyov. □ Layiq bilmək (görmək) - münasib bilmək (görmək), yaraşdırmaq. Yadlar ilə danışmaya, gülməyə; Hər sözü şəninə layiq bilməyə.. Q.Zakir. [Fəxrəddin] bir təhlükə hiss etsə belə, qorxaqlığı öz qəhrəmanlığına layiq bilmirdi. M.S.Ordubadi. Layiq görülmək - bir şeyə layiq olduğu qəbul edilmək, layiq hesab edilmək. Mükafata layiq görülmək. Tərifə layiq görülmək. - Çəmbərəkənd böyük bir şəhərin içərisində yoxsullara layiq görülmüş bir kənd idi. S.Rəhman. // köhn. İzafət birləşmələrinin birinci tərəfi kimi işlənir; məs.: layiqi-təhsin (alqışlanmağa layiq), layiqi-tərif (tərifə layiq) və s. [Humay:] Bu hal, əsla şayani-mərhəmət deyil, olsa-olsa ancaq layiqi-nifrət ola bilər. H.Cavid. Sənəti-şeir ilə, Vahid, sən də göstər bir hünər; Layiqi-təhsin deyil kim ki, sənətkar olmasa. Ə.Vahid.
2. Layiqlə şəklində - b ax layiqincə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....