Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LAYİHƏ
is. [ər.] 1. Tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Tikintinin layihəsi. Maşının layihəsi. Körpünün layihəsi. - Qara daşlarda qoyulacaq ilk kəşfiyyat buruqlarının layihəsi Moskvada təsdiq olunmuşdu. M.Hüseyn. [Reyhan:] Təzə layihə haqqında səninlə danışmaq istəyirəm. İ.Əfəndiyev. Tikintinin layihə və smetası dövlət tərəfindən təsdiq edilmişdir. M.Rzaquluzadə.
Hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Qərarın layihəsini hazırlamaq. Nizamnamənin layihəsi. Müqavilənin layihəsi.
məc. Nəzərdə tutulmuş niyyət, fikir mənasında. [İlyas:] Sən görürsən ki, Qızıl Arslanın tabutu aralıqdan qaldırılmadan iraqlılar məmləkəti bölüşdürmək üçün layihə düzəldirlər. M.S.Ordubadi. Gəldiyevi belə bir tədbirə vadar eləyən o idi ki, şəxsən özü layihə düzəltmək niyyətində idi. Mir Cəlal. [Həmzə] şəhərdə şəriki ilə bu planı həyata keçirmək üçün konkret layihə də hazırlamış(dı). Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....