Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LAY1
1. is. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin sıralarından hər biri; qat. Torpaq layı. Gil layı. Qumlu laylar. // Qatqat görünən, sıx, qalın (bulud, tüstü, duman və s. haqqında). Toz layları. Duman layları. Bir yığın bulud layları göyün tən ortasında bir-biri üzərinə qalaqlanmışdı. Ə.Məmmədxanlı. ..Bağların üzərilə ağ bir duman layı sürünürdü. İ.Əfəndiyev. Nəhayətsiz tüstü laylarından, oddan, alovdan başqa, şəhərdə heç nə gözə dəymirdi. Ə.Əbülhəsən.
sif. Bütöv, calaqsız, səlt, tam. Lay divar. Lay dəmir.
“Kimi” , “təki” qoşmalarından əvvəl sif. mənasında - boy-buxunlu, gövdəli, hündür, şaqqalı. [Həsən:] ..Cavan, laytək oğlanı vurub yıxdılar yerə. Ə.Haqverdiyev.
Saylardan sonra “cərgə” , “sıra” mənasında işlədilir. Iki lay ağac suladıq. - Qəhrəman dəryazı alıb bir lay çiçəkli ot çaldı. S.Rəhimov.
□ Lay bağlamaq - bir-birinin üstünə yığılmaq, üst-üstə gəlmək. Illərdən bəri Gülsəhərin ürəyinə yığılıb lay bağlamış, ona rahatlıq verməyən nisgil, iztirab, həyəcan .. kükrəyib daşırdı. Ə.Vəliyev.
lay-lay zərf Qat-qat, çin-çin, təbəqətəbəqə, laylar halında. Lay-lay yığılmaq. [Arvad] ..qutuya lay-lay yığılan əlçimləri cəhrənin yanına itələdi.. Çəmənzəminli. Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır; Qoca alim saxsı yığıb, yer altından tarix yazır. S.Vurğun. // Sif. mənasında. Qatlar, təbəqələr halında olan. Lay-lay buludlar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....