İzahlı lüğət

LAMPA

is. [fr.] 1. Müxtəlif növ və quruluşlu, işıq verən cihaz. Neft lampası. Onluq lampa. Şarlı lampa. - [Murad] əlini qoltuq cibinə salıb dəfələrlə oxuduğu məktubu aldı. Lampa işığında təkrar oxumağa başladı. S.Hüseyn. Evin ortasında düzülmüş iki-üç otuzluq lampanın işığı evi daha da gümrahlaşdırmışdı. H.Sarabski. // bax lampoçka. Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası. H.Cavid.
2. xüs. Müxtəlif istehsal proseslərində istifadə edilən işıqverən və ya qızdırıcı cihaz. Lehimləmə lampası. Elektron lampası. Mədən lampası.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LAD

LEY

......