Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LAMƏZHƏB
sif. [ər.] Məzhəbsiz, dinsiz, Allahsız. // İs. mənasında. [Hacı Səmsam:] Mən bu laməzhəblərin hər birinin başına on tümən verəcəyəm. P.Makulu. // Söyüş məqamında işlənir. [Kərbəlayı:] Pərvərdigara, .. ikinci, başıma tənbəki oyunu açdı, onu boşadım, bu da mürtəd qızı, laməzhəb qızı. Çəmənzəminli. □ Laməzhəb olmaq - dindən çıxmaq, dini etiqadlara inanmamaq, onlara şəkk etmək. [Qurban usta Zeynala:] Usta, birisi.. laməzhəb oldu, heç bir şeyə qayımlığı olmadı, çətindi onu inandırmaq. C.Məmmədquluzadə. [Kitabpaylayan:] Yəqin Mirzə Fətəli, necə ki, özü laməzhəb olub, Allahın yolundan çıxıb. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....