Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LAQQIRTI
is. Söhbət, danışıq, laf (çox vaxt mənasız, boş, qeyri-ciddi söhbət mənasında). [Nurcahan xala] dəstələrdən birinə yanaşaraq laqqırtıya başlardı. H.Sarabski. Beş-altı nəfər könüllü gələn cavan şarbafın həyətdən laqqırtısı eşidilirdi. Ə.Əbülhəsən. [Hüseyn] çox gülməyi, boş-boşuna danışmağı, laqqırtını sevməzdi. S.Rəhman. □ Laqqırtı vurmaq - söhbət etmək (adətən uzunuzadı, boş və mənasız söhbətlə məşğul olmaq). ..Bir dükanda neçə nəfər əyləşib laqqırtı vurur. Ə.Haqverdiyev. ..Məhəllədən xeyli aralı oturub laqqırtı vuran dəliqanlılar gözlərini Sadıq kişiyə zilləyib söhbət edirdilər. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....