Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LAQEYDLİK
1. is. Hər şeyə laqeyd münasibət, maraqsızlıq göstərmə; etinasızlıq, başısoyuqluq, qayğısızlıq, qeydsizlik. [Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov. □ Laqeydlik göstərmək - laqeyd, etinasız yanaşmaq, başısoyuqluq göstərmək, maraq göstərməmək, saymamaq. Elə mən də; Ondan məktub gələndə; Laqeydlik göstərib; Bəzən cavab yazmadım. Z.Xəlil.
2. Laqeydliklə şəklində zərf - bax laqeydcə(sinə). Qoşun dəstələri şəhəri çox soyuqqanlılıqla gəzir, atışma yerlərindən laqeydliklə keçirdilər. M.S.Ordubadi. Cəmil sifətini laqeydliklə boz dağlara tərəf çevirdi. Q.İlkin.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....