Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

LAXTA1

is. və sif. Bərkiyib qatılaşmış qan kütləsi. Qalın topa birçəkləri öz qanı ilə boyanmış; Bığlarının kənarında qan laxtası dayanmış. A.Səhhət. Nə iş, nə idarə, nə də bir insan; Hər tərəf daş, torpaq, dəmir, laxta qan. M.Rahim.
laxta-laxta sif. Laxtalar halında, parça-parça. Laxta-laxta qan qusmaq. - Darğınam mən belə baxta; Ürəyim qan laxta-laxta. Ə.Cavad. Ceyran, Ayaz çox aradı, Aslandan tapmadı bir iz; Yalnız təpə ətəyində laxtalaxta (z.) durmuşdu qan. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....