Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
LAF
is. [fars.] Mükalimə, söhbət, danışıq, söz. Gər doğru isə vəfadə lafın; Məndən nə üçündür inhirafın? Füzuli. Vəli, bihudə bir sözdür, deyirlər laf arasında. M.V.Vidadi. [Səlim:] Istəməz başqa laf; Söylə, açıq söylə, hər nə var söylə! H.Cavid. // Boş söhbət, laqqırtı, əməli əhəmiyyəti olmayan söz, lüzumsuz və bihudə söz. Hələlik gəl unudaq filməsəl öz lafımızı; Iddiamızca açaq ayineyisafimızı. M.Ə.Sabir. [İskəndər:] Çox öyünmə, qüruru, lafı burax! Yaramaz bunca sadədil olmaq! A.Şaiq. □ Laf vurmaq (etmək) 1) danışmaq, söhbət etmək, söz demək. Həddi nədir mənimlə vura lafi eşqdən; Yanmaqda çox görüb özü pərvanə, könlümü. Q.Zakir. Eşqdə Məcnun kimi aləmdə çoxlar vurdu lafi! S.Ə.Şirvani. Kağız sənə ağ göstərir öz sineyisafın; Guş eyləmə lafın; Çox tez qaralar qəlbi, mürəbbisi yamandır. M.Ə.Sabir; 2) uzunuzadı danışmaq, söhbət etmək; çərənləmək, boş-boğazlıq etmək, laqqırtı vurmaq. Keçən sözü çəkmə üzə, amandır! Yalan danışıban lafi eyləmişəm. Aşıq Ələsgər. Bir az da Rüstəm keçmiş günlərindən lafivurub getdi. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....