Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QÜSUR
is. [ər.] 1. Eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq. Xoş gəlibdir, xoş saatda cahana; Yox gözəlliyinə qüsur, bahana. Aşıq Ələsgər. [Əsəd] bütün işlərin hazır olduğunu və bir qüsur qalmadığını xəbər verdi. M.S.Ordubadi. Bu şagirdin geyimi o qədər səliqəli idi ki, ən diqqətli göz belə onda bir qüsur tapa bilməzdi. Ə.Sadıq.
2. Təqsir, günah, qəbahət. Gər sən idrak eyləməzsən, bil ki, səndəndir qüsur. Nəsimi. ..” Tazə həyaf"dan təvəqqe edirik ki, əgər qüsurumuz olsa, bizi bağışlasın, .. biz bir az xamıq və o cür yazmağı bacarmırıq ki, bir para adam bizdən inciməsin. C.Məmmədquluzadə. [Müəllim:] Sizinlə .. bu vaxta qədər tanış olmadığıma təəssüf edirəm. Bu qüsur mənimmi ya sizinmi? A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla