Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QÜRUB
is. [ər.] Batma, üfüqün altına keçib görünməz hala gəlmə. Günəşin qürubu. Qürub vaxtı. - Günəş qürubunun qırmızı buludları günbatan tərəfi .. bürümüşdü. C.Məmmədquluzadə. Uçan durna, sönən qürub nağılları andırır. Ə.Cəmil. // Günbatan vaxt. Müşavirə qürubdan bir-iki saat keçənə qədər davam etdi. Çəmənzəminli. □ Qürub etmək - 1) batmaq. Bu vaxt gün qürub etdi. M.F.Axundzadə. Gün qürub etməyə edirdi şitab; Kainata enirdi bir zülmət. C.Cabbarlı. Bir axşam günəş qürub edirkən yenə meşədən o səs yüksəldi. Ə.Məmmədxanlı; 2) məc. yox olmaq, zail olmaq. Qurtardı nisfi-şamdə, saqi, şərabımız; Etdi qürub, heyf bizim aftabımız. S.Ə.Şirvani. // Günbatan tərəf, qərb. Günəş ətəklərini yavaş-yavaş qüruba doğru çəkməyə başlamışdı. A.Şaiq. Məxmər kimi yumşaq alaqaranlıq içində əlindəki kətmənə dirsəklənərək, üzü qüruba dayanıb gülümsəyən o gənc qadının çöhrəsində bir bahar təranəsi duyulurdu. I.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....