Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QUZEY
is. 1. Dağın, evin və s.-nin gün düşməyən, günəş görməyən yeri; həmişə kölgəli yer (güney ziddi). İgidlər könlünə şikvə gətirmək; Necə dağdır quzeyində qar olmaz. Qurbani. Əriyir yaz günü quzeydəki qar; Gəzir dağ döşünü gəlinlər, qızlar. S.Vurğun. Yay, qış qoynu qarlı olan quzey dərələrin sərinliyini hiss edir. O.Sarıvəlli.
2. Şimal mənasında. [Əhməd:] ..Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən.. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....