Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QURUTMAQ
f. 1. İslanmış, yaxud nəmlənmiş bir şeyi quru hala salmaq, rütubətini, yaşlığını, nəmliyini yox etmək. Paltarını qurutmaq. Günəş bir gündə yeri qurutdu. Bataqlıqları qurutmaq. Saçlarını qurutmaq. Öz təsiri ilə yandırmaq, soldurmaq, tələf etmək. Günəşin istisi bütün bitkiləri qurutmuşdur. - Günəş səhər tezdən .. gözdən itənə qədər od kimi hər tərəfi yandırır və qurudurdu. M. İbrahimov.
məc. dan. Arıqlatmaq, çox zəiflətmək, üzmək. Xəstəlik onu tamam qurutmuşdur.
Dondurmaq, hissiz bir hala salmaq, keyikdirmək. Soyuq bütün bədənimi qurutmuşdur. - Şaxta qurutmuş bədənin sərbəsər; Zərrəcə yox hissdən onda əsər. A.Səhhət.
□ Özünü qurutmaq - sanki cansız, ruhsuz, dilsiz kimi dayanmaq. Hərbi qulluqçular ayaqlarını cütləyib özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. M. İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....