Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QURULMAQ
məch. 1. Yaradılmaq, təşkil edilmək, meydana gətirilmək. - [Almaz:] Bu gözəl çəmənləri, çiçəkləri, bu sərin suları, bu yeni qurulan aləmi qoyub ölmək olar? C.Cabbarlı. // Tikilmək, bina edilmək, inşa edilmək, təsis edilmək. Sədd qurulmaq. Səngər qurulmaq. Zavod qurulmaq. - Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sahil lampaları alışacaq çıraq-çıraq. S.Vurğun.
Əsaslandırılmaq. Planlar həqiqi imkanlar əsasında qurulmuşdur. Roman həyatdan alınma hadisələr üzərində qurulmuşdur.
Düzəldilmək, tərtib edilmək, hazırlanmaq, təşkil edilmək. Danabaş kəndində üç yerdə matəm qurulubdur. C.Məmmədquluzadə. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli. Bir yay axşamında Rübabəgilin böyük zalında toy məclisi qurulmuşdu. Mir Cəlal.
Yayı, mexanizmi burularaq işə salınmaq. Saat axşamdan qurulmamışdır. - Hacı Ağa, bağışlayasız, mənim alafiranqa saatım günortadan-günortaya qurulur. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....