Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QURTUM
is. Adətən saylarla: bir qurtum - bir içim, bir udum. Bir qurtum su. [Gülcahan:] Üç gündür ki, nə onun, nə də mənim boğazımdan bir qurtum su da keçməyibdir. N.Vəzirov. Allahqulu piyaləni dodaqlarına yapışdırıb, bir qurtum aldı.. Çəmənzəminli. Hacı Səməd çaydan bir neçə qurtum içib başladı.. S.S.Axundov.
qurtum-qurtum zərf Çaydan qurtumqurtum içmək. - Cahandar ağa qurtum-qurtum içdiyi çayı qurtardı, boş stəkanı nəlbəkiyə qoyub, əlini güllü atlasa uzatdı. İ.Şıxlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....