Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QURTULMAQ
f. Xilas olmaq, azad olmaq, nicat tapmaq; canını xilas etmək. Can nə quşdur ki, qurtula deyəsən; Ənbərin zülfünün duzağından. Nəsimi. [Əvvəlinci ərizəçi:] ..Bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. M.F.Axundzadə. Qızılquşpəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik, qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq. [Qorxmaz:] Biz bu ərəb yırtıcılarından, bu vəhşi elbəyilərdən qurtulmalıyıq. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla