Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QURTARMAQ

1. t-li. Bitirmək, axıra çatdırmaq, tamamlamaq. İşini görüb qurtarmaq. Məktəbi qurtarmaq. Söhbəti qurtarmaq. Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı. M.İbrahimov.
t-siz. Bitmək, tamamlanmaq, axıra çatmaq. İvanov mənə dedi ki, Kərbəlayı, .. yaxşısı budur ki, sənə taxtapuşda yer salaq, orada dava qurtarınca yat. Çəmənzəminli. İclas axşam saat 9-da qurtardı. Ə.Vəliyev.
t-siz. Tükənmək. Köhnə taxıl qurtarmışdır. Pullar xərclənib qurtarmışdır.
t-li. Xilas etmək, azad etmək, nicat vermək. Dənizdə boğulanı qurtarmaq. O, yoldaşını ölümdən qurtardı. - Mey götür, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadən tövbəkarəm, doğrusu. Kişvəri. Dünyada elə sular var ki, insanı ölümdən qurtarar, məsələn, Qafqazda mədən suları. C.Məmmədquluzadə. [Ağa:] Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar. Ə.Haqverdiyev. // t-li. Ağır, çətin, pis, çıxılmaz vəziyyətdən çıxarmaq. [Odunçu oğlu:] O qız xeylağı ki burda əsirdir, baba onu da qurtarmaq üçün mənə kömək eləsəydin... Ə.Məmmədxanlı.
t-siz. Xilas olmaq, özünü xilas etmək, qurtulmaq, nicat tapmaq. İran şahları və başqaları .. düşməndən qaçıb qurtarmaq məqsədi ilə bu əcaib ölkəsi olan Qafqaza pənah gətirirdilər. A.Bakıxanov. Kürəkçilər bu ağır əzabdan, bu ömürlük zindandan .. qurtarmaq üçün yeganə bir çarə tapmışdılar. M.Rzaquluzadə. Bir nəfərin zindandan qurtarması .. [fridunu] sevindirdi. M.İbrahimov.
t-siz. Ölmək, keçinmək. Xəstə artıq qurtardı. - Amma anam onların köçməyini eşitcək, qurtaracaq, yəqin bil ki, haman dəqiqə keçinəcək. C.Məmmədquluzadə.
□ Qurtardı getdi! - vəssalam! [Mirzə Səməndər:] Bu məktəbin ixtiyarı məndədir, yox? Çıxart bu saat bu maşınları buradan, qurtardı getdi! C.Cabbarlı. Sözün qurtaranı - deyilənlərə yekun vurmaq üçün işlənir - xülasə, müxtəsər, bir sözlə. Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....