Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QURTARACAQ

is. 1. Bir şeyin qurtaran yeri; son, nəhayət, axır. Küçənin qurtaracağı. Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. S.S.Axundov. Yuxarı bazarın qurtaracağında qarşı-qarşıya tikilmiş iki karvansara vardı ki, bunlara qoşa karvansara deyərdilər. H.Sarabski. // Sif. mənasında. Son, axır. Bəzən bizə elə gəlir ki, bir-iki kilometr qabaqda baş-başa verib dərənin üstünü almış, sıldırım qranit qayalardan o yana yol yoxdur, ora dərənin qurtaracaq nöqtəsidir. M.İbrahimov.
2. Nəticə, aqibət, son. İşin qurtaracağı bəlli deyildir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....