Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QURĞUŞUN
is. 1. Göyə çalar bozumtul rəngli çox ağır yumşaq metal. Ərgin qurğuşun. Mətbəə hərfləri qurğuşundan tökülür. Ayrı-ayrı kimyəvi elementlərdən alüminium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay. Qurğuşun rəngi - tutqun. Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükcə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn. // Qurğuşundan qayrılmış. Qurğuşun güllə. Qurğuşun boru.
Tüfəng və tapança gülləsi.
məc. Çox ağırlıq mənasında. [Hacı Qara:] ..Qədək, şilə verənin əli qurğuşun imiş, üç aydır .. beş top satmışam. M.F.Axundzadə. Axı niyə Zərintac xanım öz ərinin başına belə bir qurğuşun qapaz salmaqla bu qədər ağ eləsin?! S.Rəhimov. [Qaraca çobanın] başı qurğuşun kimi ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....