Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QURDALAMAQ
f. 1. Bir şeyi əli ilə və ya başqa bir şeylə əlləşdirmək, yerindən tərpətmək, qarışdırmaq, o tərəf-bu tərəfinə toxunmaq. Şeyləri qurdalamaq. - Rəhim bəy dodaqaltı gülümsədi, böyründəki maşanı götürüb manqalın közlərini qurdaladı. M.Hüseyn. // Əli ilə araşdırmaq. [Fərhad] sağ cibini qurdaladı. Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev.
Qaşımaq, toxunmaq, əlləşdirmək, qıcıqlandırmaq. Yaranı qurdalamaq.
məc. Təzələmək, üstünü açmaq, yaxud yaddan çıxmış bir şeyi təzədən yada salmaq. Mən məsələni çox da qurdalamaq istəməyərək, intibahnaməni oxumağa başladım. M.S.Ordubadi. Keçmişlərini qurdalamaq, onu yaxından tanımaq arzusu gündəngünə artırdı. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....