Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

QURD1

is. Canavar. Düşdü qəzadan ora qurdun yolu; Baxdı ki, görsün, quyu boşdur, dolu. A.Səhhət. Qurd da öz yerini qaranlıq istər ki, onu heç görən olmasın, o da əlinə keçəni dağıdıb gəmirsin, sümüklü-sümüklü, qanlı-qanlı udsun. S.Rəhman. // məc. Təşbehlərdə. [Hacı Murad:] Mən olmuşam bir leş, siz olmusunuz bir ac qurd. S.S.Axundov. [Vaqif:] Xalq razı qalmasa bir hökmdardan; Hakimi qurd kimi didəcək zaman. S.Vurğun. [Qazanxan:] Gördüm ki, .. qara quduz qurdlar evimi dəlir.. M.Rzaquluzadə.
□ Qurd nağılı - vaxt keçirmək üçün danışılan aldadıcı sözlər. Qurd ürəyi yemək
cəsarətli olmaq, qorxmamaq, ürəkli olmaq. ..Bax, indi düşmənlə dalaşmaq vaxtı gəlib çatmışdır. Oğlan oldu, ya qız, gərəkyeri gələndə qurd ürəyiyemiş olsun. S.Rəhimov. Qurd yağı - mövhumata inananların etiqadına görə, guya iki yaxın adamı və ya qohumu bir-birinə düşmən etmək, yaxud bir-birindən ikrah etdirmək qüvvəsinə malik olan maddə (buna nail olmaq üçün bu maddəni onların paltarına sürtmək və ya onların evlərinin astanasında basdırmaq kifayət imiş). [Nurcahan:] Belə olan surətdə, balam, yəqin ki, oğlana qurd yağı sürtüblər. N.Vəzirov. Qurdla qiyamətə qalmaq zar. kin. - çox yaşamaq, ölməmək, həmişə yaşamaq (adətən inkar şəklində işlənir). Ona bir deyən yoxdur ki, ay arvad, qurdla qiyamətə qalmayacaqsan ki.. S.Rüstəm. Qurdla quzu bir yerdə, yaxud qurd quzu ilə otlayır - çox sakitlikdir, dinclikdir, əminamanlıqdır. ..Guya müxbirimiz oradan yazır ki, “sakitlikdir, qurd quzu ilə otlayır” . C.Məmmədquluzadə. Qoyun cildinə (dərisinə, donuna) girmiş qurd - öz pis niyyətlərini xeyirxahlıq pərdəsi altında gizlədən qəddar, riyakar adam haqqında. Gözünün qurdu ölmək - b a x göz. Köhnə qurd heç bir hiyləyə aldanmayan, uymayan, hiyləgər, təcrübəli, ayıq, zirək adam haqqında. O, köhnə qurddur, onu aldatmaq olmaz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....