Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QULUNC
is. [ər. əsli yun.] Soyuqdəymə nəticəsində əksərən kürək əzələlərində əmələ gələn ağrı. [Sübhanverdizadəyə] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır, dizləri qopur, beli sınır. S.Rəhimov. □ Qulunc olmaq - soyuq dəymək nəticəsində kürək əzələlərində ağrı əmələ gəlmək. Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub. C.Məmmədquluzadə. Quluncunu sındırmaq (ovmaq, tutmaq) - ağrını sakit etmək üçün kürək əzələlərini tutub ovmaq, sıxmaq. [Allahqulu:] ..Deyir ayağımı ov, ovuram, deyir quluncumu sındır, quluncunu sındırıram, bundan nə çıxar? N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....