Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QUDUZ
sif. 1. Quduzluq xəstəliyinə tutulmuş; qudurmuş. Quduz it. Quduz canavar. Quduz olmaq (quduzluq xəstəliyinə tutulmaq). - Ələmdar quduz it kimi mırıldanamırıldana aşağıya düşüb, faytonun yanında dayandı. S.Rəhimov.
2. məc. Azğın, zalım, qəddar, qudurğan, qızmış. [Gövhər xanım:] Qurban olum, qardaş! Bunlar çox quduz adamdırlar, sərhesab
ol. N.Vəzirov. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. M.Hüseyn. O bizim tankçılardır; Bir anda qan uddurar; Azğın, quduz düşmənə. M.Seyidzadə. // məc. Şiddətli, hədsiz, önüalınmaz. ..Düşmən quduz bir kinlə ətrafını gəmirib dalayır. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....