Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QUCAQLAŞMAQ
qarş. 1. Bir-birini qucaqlamaq, bir-birinə sarılmaq, bir-birini bağrına basmaq; qol-boyun olmaq. İki qardaş bir-birini görüncə qucaqlaşdılar. - İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Məscidin içində bunlar qucaqlaşdılar və başladılar ağlamağa. Ə.Haqverdiyev. [Tapdıq:] Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı.
məc. Qovuşmaq, bitişmək, birləşmək. Yenə də xırdaca ağ buludların ay işığı ilə qucaqlaşan kölgələri.. Xəzərin dərin hovuzunda çimmək üçün enir. M.S.Ordubadi. Getgedə hava daha da qaranlıqlaşırdı, sanki yerlə göy qucaqlaşırdı. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....