Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QUCAQLAMAQ
f. 1. Nəvaziş və mehribanlıq əlaməti olaraq birini qolları arasına alıb döşünə basmaq, ağuşuna almaq. Ana uşağını qucaqladı. - Məcid .. [Nadirin] bu cür tutulduğunu görüb ayağa qalxdı və uca səslə qarşılayaraq qucaqlayıb öpdü. B.Talıblı. Güman edirəm ki, ömrümdə anam bu qədər səmimiyyətlə məni qucaqlamamışdır. Qantəmir. Gün gələr yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu. R.Rza. // Qolları arasına almaq. Böyükxanım bir tərəfdə dizlərini qucaqlayıb fikir edirdi. M.S.Ordubadi.
2. məc. Bərk-bərk yapışmaq, tutmaq. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....