Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QUBAR
is. [ər.] 1. klas. Toz, torpaq.
2. məc. Kədər, dərd, qəm, qüssə. Getdi o köhnə qubari ki, gözümdə var idi. Heyran xanım. Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar. C.Cabbarlı. Keçər ürək dərdi, könül qubarı; Gəl etmə meydançada cövlan, ayrılıq. N.Rəfibəyli. □ Qubar bağlamaq - bax qubarlanmaq. Qubar etmək (eyləmək) - kədərləndirmək, qəmləndirmək, dərdləndirmək. Göz yaşı tökdükcə könül; Dəxi də çox qubar eylər. Q.Zakir. İndi Mədəd muzdur şərtnamələrini xatırladıqca, onun ürəyində qubar etməyə başlayırdı. S.Rəhimov. Qubar olmaq - böyük dərd olmaq. Kədərin toplanıb qubar oldu; Nazənin cisminə məzar oldu. A.Səhhət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....