Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QÖVSİ-QÜZEH
is. [ər.] Günəş şüalarının havadakı yağış damcılarından keçərkən sınması nəticəsində göydə görünən rəngarəng yarımdairə şəkilli qurşaq; göy qurşağı, qarınənə örkəni. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xətayi. Bir gün [Qadir] qövsi-qüzehdən danışarkən, Sona cumub təmiz bir stəkan dolusu su gətirmiş(di). Ə.Əbülhəsən. // Obrazlı təşbehlərdə. Bəyaz cəbinində qövsi-qüzehtək; Hərami qaşların tağı görünsün. Q.Zakir. Qövsi-qüzeh gözlü, ləbləri yəmən; Camalın şairə veribdir nişan. Şair Vəli. // Qövsi-qüzehə oxşar rəngarəng şey haqqında. Havada yavaş-yavaş qövsi-qüzeh düşür kimi Münəvvərin çöhrəsi rəngarəng olmaqdadır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....