Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QOZ
is. 1. Bərk qabıqlı, qoşa ləpəli bir meyvə. Qoz ləpəsi. - Teyibə evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirirdi. M.Hüseyn. // Bu meyvənin ağacı. Qoz ağacından əla mebel hazırlanır. - Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. S.S.Axundov.
2. dan. Qoza oxşayan şiş, ur, çıxıq. Alnından qoz çıxıb.
□ Qoz qabığına girmək - qorxudan qaçıb özünə bir sığınacaq tapmaq, qorxudan qaçıb gizlənmək. Qoz qabığına salmaq (soxmaq) - çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq. Qoz-qoz oynamaq - bəhsləşmək, dikbaşlıq etmək. [Xasməmməd:] Ancaq bir şərtlə ki, o .. bizimlə qoz-qoz oynamasın. C.Cabbarlı. Qozunun üstünə qoz qoymaq
dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....