İzahlı lüğət

QOYUN2

is. 1. Ağuş, qucaq. Anası uşağı qoynuna alıb yatdı. - Necə ki, insana qurbağanı ələ alıb qoynuna qatmaq nagüvara gələr, elə də bəlkə bundan artıq Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb ona ər demək nagüvara və naxoş görünürdü. C.Məmmədquluzadə. Bütün bir səhəri yalvardım durdum; Boş qalmış qoynuna çiçək doldurdum. Ə.Cavad. // Obrazlı təsvirlərdə. Xəzər dənizinin qoynuna girmiş olan Bakı şəhərinin gecəsini.. elektrik işıqları alaqaranlıq bir səhərə çevirmişdi. A.Şaiq. [Beyrək] .. yüyürüb özünü köpüklənən dalğaların qoynuna atdı. M.Rzaquluzadə.
2. Paltarın döşə qovuşan yeri, döşü; qoltuq. Molla İbrahim Xəlil .. saatı qoyun cibindən çıxarıb baxır. M.F.Axundzadə. Mən kağızı qoynumdan çıxarıb ona verdim. M.S.Ordubadi. Kiçikxanım şəkli qoynuna qoydu. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed