Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QOY
əd. İcazə, razılıq, əmr, lazımlıq bildirir. Qoy qalsın. Qoy fikirləşsin. İstəyirsə, qoy getsin. Qoy uşaqlar həyətdə oynasınlar. Qoy bu işi o görsün. - Kim ki bu halə düşmədi, qoy vara kəndi halinə. Nəsimi. Qapında inləyim mən; Sözün de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən. (Bayatı). İş apar, baş gedərsə, qoy getsin; Ad qalır, bəs deyilmi, millət ilə? M.Ə.Sabir. [Ağca xanım:] Qoyun! Yol verin! Həyat bağçasına su gəlir, qoyun, sel də olsa, səhraları bassın. Mir Cəlal. // Arzu bildirir. Qoy o göylərdəki ulduzlara çatsın səsimiz! S.Rüstəm. // Xüsusi intonasiya ilə söylənilərək, hədə bildirir. Qoy bir o bura gəlsin, mən ona göstərərəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....