Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QOVRULMAQ
f. 1. Susuz olaraq yalxı və ya yağda od üstündə bişib qızarmaq. [Xudayar bəy:] Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir. C.Məmmədquluzadə.
məc. Yanmaq. Gündə qovrulmaq. - ..Yaz ki, mən Əzim oğlu Qədim pambığıma su istəyirəm, torpağım qovrulur. S.Rəhimov. Gün altında qovrulan böyük, quru çöldə təndirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bürüyürdü. Mir Cəlal.
məc. Əzab çəkmək, acıq çəkmək, iztirab və işgəncə içində olmaq (bəzən “qovrulub-yanmaq” şəklində işlənir). O bütün gecəni acığından qovrulurdu. Həsrətdən qovrulmaq. - Sanki mən bədbəxt bu düşüncələr və bu kədərlərin içində qovrulmaq üçün doğuldum. M.S.Ordubadi. Fəridə bütün gecəni qovrula-qovrula (z.) qaldı. Şaiq. Bir ağrı başladı, qovrulub-yandım; Ağrıyır deməyə bəzən utandım. Ə.Cavad.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....