Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QOVMAQ
f. 1. Çıxıb getməyə, rədd olmağa məcbur etmək; çıxıb getməsini, rədd olmasını qaba surətdə əmr etmək. Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. N.Vəzirov. // dan. Çıxarmaq, xaric etmək. Işdən qovmaq. Institutdan qovmaq.
Bir şeylə, yaxud əl ilə uzaqlaşdırmaq, rədd etmək, çıxarmaq; çıxmağa, dağılışıb getməyə məcbur etmək. Milçəkləri qovmaq. Itləri qovmaq. - Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovurdu. S.S.Axundov. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. A.Şaiq.
məc. Qəbul etməmək, geri qaytarmaq, rədd etmək. Gələn qonağı qovmazlar.
məc. Fikrindən, xəyalından çıxarmaq, uzaqlaşdırmaq. Pis fikirləri qov getsin.
Birinin arxasınca qaçmaq, izləmək, qaçıb getməyə məcbur etmək. Ovu qovmaq. Dovşanı qovmaq. Oğrunu evinəcən qovarlar. Qəmər arvad kişilərlə bərabər səngərə girib, quldurları gülləyə basmış, əri ilə bir yerdə atları Araza qədər qovmuşdu. Ə.Vəliyev.
Vurmaqla, ya səs çıxarmaqla heyvanı iti getməyə məcbur etmək. Atı dördayaq qovmaq. Öz yerindən hərəkət etməyə, bir tərəfə getməyə, qaçmağa məcbur etmək. Qazları həyətə qovmaq. - Günəş yaxın dağlar ucundan doğar; Dumanları dağlara doğru qovar. A.Şaiq. Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....