İzahlı lüğət

QOVĞA

is. 1. Gurultu, patıltı, çaxnaşma. ..Əsədin bütün kəndə qovğa saldığına və bununla bərabər öz günahını yenə də düşünməməyinə acınıb [müəllim] dodaqlarını çeynəyərək, şəhadət barmağını ona tərəf silkələyib hədələdi. B.Talıblı. // Dava, davadalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax. Heyran xanım. Gün batdı, hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə. Iki qardaş arasında olan didişmələr get-gedə uzandı; axırda bir qovğa şəklini aldı. A.Şaiq.
2. Bəla, müsibət; macəra, hadisə. Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan. [Üçüncü şirazlı:] Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Camal bəy:] ..Mərd kişinin başı qovğada gərək, deyərlər. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QAR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed