Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QOŞA
1. sif. Cüt, iki dənə, bir cüt. Qoşa qala qapısı. Qoşa buynuz. Qoşa tir. // Yanyana duran. Hətəm qoşa qarağacın dibinə düşən kölgəyə baxırdı. Ə.Əbülhəsən.
zərf İkisi bir yerdə, ikisi yan-yana; birgə, bərabər, birlikdə, bir yerdə. Biz oraya qoşa getdik. - Rüxsarə heç bir vəchlə Rizvanla Tamaranın qoşa gəzmək xəbərini ürəyinə sığışdıra bilmirdi. S.Rəhimov.
say. İki. Qoşa qardaş. Qoşa bacı. Yavaş-yavaş bölmələrin qoşa adamlıq səngərləri ümumi bir əlaqə yolu ilə birləşməyə başlayırdı. Ə.Əbülhəsən. // Əkiz, bir yerdə doğulmuş.
qoşa-qoşa zərf Cüt-cüt, iki-iki. Qoşaqoşa gəzmək. Qoşa-qoşa durmaq. - Gülbala və Abdal aşıqları sədəfə tutulmuş sazlarını dınqıldadaraq qoşa-qoşa kallayının bu başından o başına gedir, gah durub bayatı deyir, gah süzürdülər. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla