Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QORXUNC
sif. 1. Dəhşət doğuran, qorxuya salan, vahiməyə salan, dəhşətli. Qorxunc səs. - Dərə qərbə getdikcə qayalıq, dağlıq iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. [Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda, qorxunc və vəhşi bir səslə çığırırdı. S.Hüseyn. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. // Çox güclü, çox şiddətli. Sizi sarsıtmasın qorxunc, inadlı; Şimal göylərinin ayazı, qarı. Ə.Cəmil.
Baxanda adamda dəhşət, vahimə hissi doğuran, görünüşü qorxulu. Qorxunc görünüş. - Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Uzunpapağını bir kənara qoyan, başının tükləri qabaran Ələmdar diqqətlə öz qorxunc sifətinə baxmağa başladı. S.Rəhimov. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzadə.
Qorxulu, təhlükəli, xətərli. Mikrobların bir qismi zəhərli və hətta qorxuncdur. - Orxan indi qorxunc bir addım atır. H.Cavid.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....