İzahlı lüğət

QORXU

is. 1. Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof. Qorxu hissi. Olüm qorxusu. Qorxudan əsmək. Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə. Qapının səsi onu [Xavəri] gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı. M.İbrahimov. Qalmamış bu bizim azad diyarda; Nə zindan qorxusu, nə çörək dərdi. S.Vurğun. // Həyəcan, iztirab, təşviş, təlaş. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. M.S.Ordubadi. Şəmsiyyənin utandığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. M.İbrahimov. Insan qorxu deyil, qardaşlıq duyur; Körpələr beşikdə rahat uyuyur. S.Vurğun. □ Qorxuya düşmək
təşvişə düşmək, həyəcana düşmək, qorxmaq. ..Atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. S.S.Axundov. Katib .. bərk qorxuya düşdü, bir neçə vərəqə kağız çıxarıb qabağına qoydu. S.Rəhimov. Qorxuya salmaq - təşvişə salmaq, qorxutmaq, həyəcana salmaq.
Təhlükə, fəlakət, qəza və başqa qorxulu hadisə ehtimalı. Müharibə qorxusu. Bu gün yağış qorxusu vardır. Daşqın qorxusu azalmışdır. Quraqlıq qorxusu keçdi. - Indi yay günü Mil düzündə azan yolçunun susuzluqdan yanmaq qorxusu yoxdur. İ.Əfəndiyev.
Ehtiyat. Qorxum budur əsər qıla, ey şəh, bu ahlar. S.Ə.Şirvani.
Zərf mənasında: qorxudan. Qorxudan elə bağırdı ki. Qorxudan az qala ürəyi partladı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QOV

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed