Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QOL-QANAD
is. 1. Bax qanad 1-ci mənada.
2. Şaxə, qol-budaq. Ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. □ Qol-qanad atmaq - şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək. Budaqların böyüməsi, qol-qanad atması üçün mahir bir bağban əli lazım idi.. Ə.Vəliyev.
□ Qol-qanad açmaq - 1) qanadlanmaq, uçmaq üçün qanadlarını açmaq; 2) məc. ruhlanmaq, daha da canlanmaq, fəaliyyət göstərmək. Məni hərgah qovsalar qaçaram; Uçmağa onda qol-qanad açaram. A.Səhhət. Ceyran müəllimə qol-qanad açıb, dərsini davam etdirdi. S.Rəhimov. Qol-qanad vermək - ruhlandırmaq, qüvvət vermək, daha da canlandırmaq. Yarıb fəzaları bir şimşək kimi; Qol-qanad verirsən qəhrəmanlara. S.Vurğun. Qol-qanadı açılmaq ruhlanmaq, canlanmaq, inkişaf etmək, bədəni bərkişmək. [Hüseynqulu ağa:] Pəricahan, qızına yazığın gəlsin. Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın. S.S.Axundov. Qol-qanadı qırılmaq (sınmaq, yanına düşmək) - 1) köməksiz, adamsız qalmaq; 2) bütün qüvvəti, iqtidarı sarsılmaq, aciz bir hala düşmək, ruhdan düşmək. Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər. Qol-qanadını qırmaq (kəsmək, sındırmaq) - 1) birini köməksiz, kimsəsiz qoymaq. [Qasid:] Xeyr, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Ə.Haqverdiyev; 2) birini hərəkət və fəaliyyət qüvvəsindən məhrum etmək, aciz və iqtidarsız bir hala salmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....