İzahlı lüğət

QOCAMAN

sif. 1. Yaşlı, çox yaşayıb yaratmış, təcrübə qazanmış; uzunmüddətli xidmət və fəaliyyətinə görə hamının hörmətini qazanmış; əməkdar. Qocaman alim. Qocaman ədib. Qocaman artist. - Qoca ayrı, qocaman ayrı. (Ata. sözü). Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Mir Cəlal. // Qoca, yaşa dolmuş. Bu gün neçə gündür qocaman Zakir; Tazə-təri sevmiş, tazə-tər olmuş. Q.Zakir.
2. məc. Əzəmətli, iri, böyük, cəsamətli. Qocaman dağlarda qucaqlaşmış olan bu gözəl kənd bahar zamanı hər tərəfdən çiçəkli, geniş və sərin qanadları altına bir çox müsafir alırdı. A.Şaiq. Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi. Hər tərəfə ətir səpilmişdi. Mir Cəlal. Onlar yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib, al şərabdan içmiş, yatıb xumarlanırdılar. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed