Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QOCA
1. sif. Yaşlı, qocalmış (cavan ziddi). Qoca kişi. Qoca kəndli. Qoca alim. Qoca at.
Bahadır hələ üzünü yumamış, ev yiyəsi qoca arvad Bahadırı çay içməyə çağırdı. N.Nərimanov. Bu anda qoca usta başını dik qaldırıb, dəmir qüllənin zirvəsində durmuş fəhləni səslədi. M.Hüseyn.
is. Qocalmış, yaşı ötmüş, qocalıq yaşına çatmış kişi. Qocalara hörmət. Qocalar və cavanlar. - Qocanın biliyi, cavanın biləyi. (Ata. sözü). Qoca hələ sözünü tamamlamamışdı ki, birdən təbil-davul vuruldu. “Koroğlu” . Kərim baba qısaboylu, geniş kökslü bir qoca idi. A.Şaiq. // Evin ən yaşlı, ən böyük, təcrübəli üzvü, ağsaqqalı. Qoca evin sütunudur. (Ata. sözü).
sif. məc. Qədim, köhnə. Qoca dünya. Qoy məndən dərs alsın qoca təbiət; O da könlüm kimi gülsün həmişə. S.Vurğun. Lakin qoca tarix bilir bu yerlərin yaşını. R.Rza.
is. Kişi, ər. [Xanpəri:] Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə bu saatda məni qocamdan boşadar. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....