İzahlı lüğət

QİYMƏT

is. [ər.] 1. Bir şeyin (əmtəənin) pul vahidləri ilə ifadə olunan dəyəri. Malın qiyməti. Bazar qiymətləri. Baha qiymət. Ucuz qiymət. Malların qiyməti aşağı salınmışdır.
məc. Əhəmiyyət, dəyər, rol; etibar. Bu sözlərin heç bir qiyməti yoxdur. O, mənim gözümdə bütün qiymətini itirmişdir. Bu şeyin bizim üçün qiyməti azdır. - Haqq sözə gərəkdi, düz qiymət olsun; Qiyməti verməyə mərifət olsun. Aşıq Ələsgər. □ Qiymətdən salmaq - hörmətdən, etibardan salmaq, gözdən salmaq. [Şəmsiyyə] ..özünü qiymətdən sala biləcəyini, sərhəng Səfainin belə bir şərəfə layiq olmadığını kəsdirdi. M.İbrahimov. // məc. Qədir-qiymət, dəyər. Bilməz vəfanın qiymətin hər kim cəfayə tən edər. Nəsimi.
Şagirdin, tələbənin bilik dərəcəsi haqqında verilən nömrə. Orta qiymət. Pis qiymət. Dərslərindən əla qiymət almaq.
□ Qiymət vermək (qoymaq) - 1) bir şeyin dəyəri və keyfiyyəti haqqında fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək. - Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov. Sağlığında qiymət verin insanlara! C.Novruz; 2) şagirdi, tələbəni və b. imtahan edərək bilik dərəcəsinə nömrə vermək; 3) bax qiymətləndirmək. Mənim rəncimə, yəni zəhmətimə qiymət verərsən. S.Rəhimov. Damla zəhmətimə, zərrə şerimə; Sənsən qiymət verən dəryalar qədər. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed