Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QİYAM
is. [ər.] 1. Özbaşına, qeyri-mütəşəkkil üsyan, hakimiyyətə qarşı silahlı çıxış; bunt. Atabəyin xəstə yatdığı şayiələri məmləkətə yayıldığı vaxt, bir çox evlərdə üsyan və qiyamlar başlayırdı. M.S.Ordubadi. □ Qiyam etmək - üsyan qaldırmaq, üsyan etmək. Qoy küçədə naz ilə xuram eyləsin oğlun! Öz xoşladığı əmrə qiyam eyləsin oğlun! M.Ə.Sabir.
klas. Qalxma, ayaq üstə durma. // Birinə hörmət üçün ayağa qalxma. Eylə sücud sidq ilə əbruyi-saqiyə; Ol sərvqamətin nəzərində qiyam bul. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....