Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QİSMƏT
is. [ər.] 1. Tale, nəsib, qədər, bəxt; bəxtə çıxan şey. [Falçı qarı:] Ay cavan, atdan düş, bir falına baxım. Sənin qismətində, deyəsən, bir gözəl var. Çəmənzəminli. Bizim qismətimiz göz yaşı deyil; Bizimdir yaşamaq, gülmək həvəsi. S.Vurğun. // məc. Pay. Bu günəşdən mənim niyə qismətim olmasın? Mir Cəlal. Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı. □ Qismət olmaq - bəxtinə çıxmaq, nəsib olmaq, payına düşmək, çatmaq. Bəxtəvər başına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. [Hacı Həsən:] Bir belə müqəddəs şəxs ilə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. C.Məmmədquluzadə.
Parça, hissə. Həmin hekayə iki qismətdən ibarətdir: biri o idi ki, mən indi nəql elədim. C.Məmmədquluzadə.
riyaz. Bir ədədin başqa ədədə bölünməsindən alınan ədəd.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....