Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QİSİM
is. [ər.] 1. Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır. İşin çox qismi görülmüşdür. - Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. A.Şaiq. Çocuqların bir qismi oynayır, bir qismi dənizdə çimirdi. S.Hüseyn.
Növ, cür. [Şah:] Aya sizin rəyinizə görə mən nə qisim tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? M.F.Axundzadə. Məlum şeydir ki, burada İsmayıl bəyin cavabı iki qisim ola bilərdi: ya hə, ya yox.. C.Məmmədquluzadə. Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir. Mir Cəlal.
qisim-qisim sif. [ər.] Cürbəcür, növbənöv, müxtəlif. Yaqo .. Kassio Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. F.Köçərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....