Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QİRAƏT
is. [ər.] Müəyyən üsul və qayda ilə oxuma. Qiraət dərsi. - ..Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar. C.Məmmədquluzadə. Aqil şeri bərkdən və qiraətlə (z.) oxuyurdu. Ə.Vəliyev. // Ümumiyyətlə oxuma; mütaliə. Qiraət etmək. Qiraətlə məşğul olmaq. □ Qiraət zalı (otağı) - qəzet, kitab və s. oxumaq üçün zal, otaq, qiraətxana, mütaliə otağı. Qiraət zalında Vahidin bir masası vardı. Mir Cəlal.
□ Qiraət koması - kəndlərdə mədəniyyət sarayları meydana gəlmədən qabaq: mədəni maarif ocağı. [Cahan:] Hər yerdə qiraət koması açılır. Ə.Haqverdiyev. Məktəb uşaqlarının köməyi ilə tarla düşərgəsində qəşəng bir qiraət koması düzəlmişdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....