Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
QİLÜ QAL
is. [ər.] Mübahisə, dedi-qodu, söz, danışıq. Mehrü məhəbbətin gecə bu minval; Çıxar aralıqdan olan qilü qal. Q.Zakir. Dedim: cahanda nədir bunca qilü qalə səbəb? S.Ə.Şirvani. Mən çəkdiyim xalqın qilü qalıdır. Aşıq Ələsgər. // Dava, dalaşma, qalmaqal, səs-küy, çığır-bağır. Iskəndər bir söz deməyib bir qədər fikirli durur. Bu hində eşikdə qilü qal və qaçhaqaç qopur. C.Məmmədquluzadə. Ancaq bizi qorxuda bilməz bu qilü qal. R.Rza. Ilan vuran ala çatıdan qorxan kimi, Güllü arvadın gözləri də qilü qaldan bərk qorxmuşdu. S.Rəhimov. □ Qilü qal etmək (salmaq) - səs-küy salmaq, dalaşmaq.
Amma uşaq-muşaqlar samanlığa doluşub çox qilü qal salırdılar. Qantəmir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla