Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
QİBTƏ1
is. [ər.] Başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulama, bunların həsrətini çəkmə. Cəmil Tahiri tanıdı və onun məharətinə qibtə ilə baxıb, xəfifcə bir tərzdə gülümsədi. M.Hüseyn. [Şagirdlərdən] bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. S.Rəhimov. Nərgizxanımın kitabxanası isə həkimlər aləmində qibtə doğuran çox zəngin kitabxana idi. Ə.Məmmədxanlı. □ Qibtə etmək - başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzu etmək, həsrətini çəkmək. Əhməd Əşrəf kimi yoldaşlarına qibtə edərək: “Bəxtiyar adamlarf” deyirdi. A.Şaiq. Müdərrislərimiz ondakı məharətə qibtə edirdilər. İ.Əfəndiyev. Qibtə edəsiniz də mənə, şübhəsiz, siz məndən min dəfə bəxtəvərsiniz. O.Sarıvəlli. // Bəzən paxıllıq mənasında da işlənir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....